24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“France 24” “Bakı-2015”dən yazdı

Fransanın “France 24” televiziya kanalının saytında “Bakı: Avropa Oyunları ərəfəsində” adlı məqalə verilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yazıda Azərbaycanın bir neçə gündən sonra möhtəşəm idman tədbirinə ev sahibliyi edəcəyi qeyd olunur. Bildirilir ki, artıq “Nyu-York Times” qəzeti Bakını bu il səfər edilməli şəhərlərin siyahısına daxil edib. Panamerikan və Asiya Oyunlarından sonra indi növbə Bakı Oyunlarınındır. Avropanın dördbir tərəfindən gələn 6 mindən çox atlet Bakıda güclərini sınayacaq.

Müəllif Azərbaycanın paytaxtı Bakının müasir, gözəl, füsunkar arxitekturaya və geniş otel şəbəkəsinə malik şəhər olduğunu yazır. Məqalədə şəhərin mədəni həyatına da geniş yer ayrılıb.

Sonda müəllif Azərbaycan mətbəxinin xüsusilə zəngin olduğunu qeyd etməyi də yaddan çıxarmayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30