29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

“Bakı-2015”in təhlükəsizlik qaydaları ictimaiyyətə açıqlandı

İyunun 5-də Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təhlükəsizlik qaydaları ictimaiyyətə açıqlanıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Oyunların açılış mərasimi zamanı tamaşaçıların arenaya xüsusi “ekspres” avtobuslarla gətiriləcəyini bildirən Bakı Olimpiya Stadionunun qərargahının rəhbəri, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov vətəndaşların biletlərlə yanaşı, şəxsiyyət vəsiqələrini də təqdim etmələrinin vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, tamaşaçılar stadionun qarşısında quraşdırılan xüsusi köşklərə yaxınlaşaraq orada yaradılan zonanın sol hissəsinə şəxsiyyət vəsiqəsini, sağ tərəfinə isə bileti yerləşdirməlidirlər. Qapı açıldıqdan sonra tamaşaçılar digər sahəyə keçəcək və orada yoxlanacaqlar. Bu proses aeroportda olduğu kimi həyata keçiriləcək. Tamaşaçılar stadiona daxil olduqdan sonra könüllülər onlara oturacaqlarını tapmaqda kömək edəcəklər.

Açılış mərasimi zamanı qadağan edilən əşyaların çox olduğunu bildirən Səhləb Bağırov biletlərin arxasında həmin siyahının göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, şəxsiyyət vəsiqəsi və biletlə yanaşı, kiçik ölçülü dəsmal, bayraqlar stadiona buraxılacaq. Ümumiyyətlə, həcmi 30 santimetrdən böyük çantalar qadağan olunmuş əşyalar sırasına daxildir. Elə çantalar götürmək lazımdır ki, oturacağın altına yerləşdirilə bilsin. Həmçinin 100 milliqramdan artıq parfümeriya ləvazimatı, sprey, kəsici və deşici alətlər, silah qismində istifadə oluna biləcək hər hansı əşya, bir neçə çeşiddə dərman və digər əşyalar stadiona buraxılmayacaq. Tamaşaçılar yalnız 2-3 çeşiddə dərman preparatını stadiona keçirə bilərlər.

Stadionun daxilində tamaşaçılar üçün su satılacağını bildirən Səhləb Bağırov ümumiyyətlə mötəbər tədbirlərə şüşə qabların buraxılmadığını dıqqətə çatdırıb.

Səhləb Bağırov deyib: “Açılış mərasimi günündə qapılar saat 17:00-da açılacaq. Saat 16:30-dan başlayaraq müəyyən olunmuş məntəqələrdən “ekspres” avtobuslar vətəndaşları stadiona gətirəcək. Tamaşaçılardan stadiona tez gəlmələri xahiş olunur. Çünki stadionun daxilində görməli yerlər çoxdur. On altı yaşı tamam olmayan uşaqlar valideynləri olmadan nə avtobusa, nə də Bakı Olimpiya Stadionuna buraxılmayacaqlar”.

İyunun 6-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq sınaq tədbirində 35 min tamaşaçının iştirak edəcəyini bildirən polis general-mayoru təhlükəsizlik tədbirlərinə bütün xidmətlərdən əməkdaşların cəlb olunduğunu və onların qarşılıqlı əlaqədə işlədiyini diqqətə çatdırıb.

Sonra keçid qaydaları əyani şəkildə nümayiş olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31