19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Macarıstanın bayraqdarı seçildi

“Bakı-2015” birinci Avropa Oyunları üçün Macarıstan komandasının bayraqdarı müəyyənləşib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, oyunlarda Macarıstan bayrağını 27 yaşlı sərbəst güləşçi İstvan Vereb daşıyacaq. Güləşçi Macarıstanın idman şərəfini 2008-ci il Olimpiya Oyunlarında da qoruyub. O, 2013-cü il Avropa çempionatında bürünc medal qazanıb.

İstvan Vereb bildirib ki, belə mötəbər idman tədbirində milli komandamızın bayraqdarı olmaq böyük şərəfdir. Bu, heç də hər idmançıya nəsib olmayan böyük hədiyyədir. Mənə göstərilən yüksək etimadı yalnız Bakıda medal qazanmaqla doğrulda bilərəm.

Qeyd edək ki, Macarıstan yığması birinci Avropa Oyunlarında 200 idmançı ilə təmsil olunacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30