25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı birinci Avropa Oyunlarının keçirilməsi üçün layiqli yerdir”

Yunan-Roma üslubunda güləşçi, 31 yaşlı Stiq Andre Berqe Bakıda birinci Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq idmançılardan biridir. Andre dəfələrlə Avropa çempionatlarının mükafatçısı olub. 2014-cü ildə isə dünya çempionatının bürünc medalını qazanıb.

S.A.Berqe “Azərtac”a eksklüziv müsahibəsində bildirib ki, birinci Avropa Oyunlarına dünya və Avropa çempionatlarına hazırlaşdığı kimi hazırlaşır. O deyib: “Mən Bakıdakı Oyunlara tam hazıram, çünki son altı ayda gecə-gündüz məşq etmişəm”.

Norveçli idmançı rəqibləri barədə deyib: “Mənim çəki dərəcəmdə Bolqarıstan və Rusiyadan peşəkar idmançılar var. Güclü rəqabət olacaq. Əlbəttə, Azərbaycandan olan güləşçilər də adətən çox güclüdürlər”.

S.A.Berqe “Birinci Avropa Oyunlarından nə gözləyirsiniz” sualına cavabında deyib: “Əminəm ki, Bakı birinci Avropa Oyunlarının keçirilməsi üçün layiqli yerdir. Mən müxtəlif yarışlarda iştirak etmək üçün dörd dəfə bu şəhərdə olmuşam və bilirəm ki, Azərbaycan ədalətli və yaxşı idman yarışları keçirmək üçün həmişə mümkün olan hər şeyi edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30