29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015” Rusiya da yayımlanacaq

“Bakı-2015” birinci Avropa Oyunları Rusiyanın “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalayıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, kanal birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ ələ edib. Müqaviləyə əsasən, birinci Avropa Oyunları Rusiyada 53 milyon evdə yayımlanacaq.

“Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport-1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rusiyalı tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb-səhifəsi - vesti.ru və sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, birinci Avropa Oyunlarının “Rossiya” televiziya kanalı ilə yayımlanması barədə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin idman ictimaiyyəti də “Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində bütün platformalar üzrə geniş yayımdan zövq alacaq.

“Rossiya” televiziya kanalının idman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib: “Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük heyətlə təmsil olunacaq. Məhz buna görə də maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31