29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Almaniyanın “Diplomatisches Magazin” jurnalı ilk Avropa Oyunlarından yazıb

Almaniyanın nüfuzlu “Diplomatisches Magazin” jurnalında “2015-ci il Avropa Oyunlarına dair məlumat axşamı” adlı məqalə dərc olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdyi məlumata görə, məqalədə bildirilir ki, cari il aprelin 29-da ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan təxminən 30 jurnalistlə görüş keçirilib.

Görüşdə səfir Pərviz Şahbazov Azərbaycanda idmanın inkişafından danışıb və iyunun 12-də Bakıda, 65 min nəfərlik tamaşaçı tutumu olan Olimpiya Stadionunda Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.

Səfirliyin müşaviri Rizvan Nəbiyev isə görüş iştirakçılarına Azərbaycanda gedən inkişaf prosesləri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31