23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Fransa mətbuatı: “Bakı Avropa Oyunlarında bütün maneələri aşacaq”

Fransanın www.francsjeux.com saytında “Bakı Avropa Oyunlarında bütün maneələri aşacaq” sərlövhəli məqalə yerləşdirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, açılış mərasimindən iki həftə əvvəl “Birinci Avropa Oyunları Bakıda davamlı iz buraxacaqmı?” sualına artıq ehtiyac qalmadığını qeyd edən müəllif, Oyunların ölkənin idman infrastrukturu sahəsində zəngin irs qoyacağını diqqətə çatdırıb.

Diqqətə çatdırılıb ki, ilk Avropa Oyunlarının yarışlarının keçiriləcəyi məkanlarda fiziki qüsurlu insanların rahatlığı da nəzərə alınıb. Bu, Oyunlara hazırlığın ilk dövrlərindən diqqətlə saxlanılan prioritet məsələlərdən olub. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin “Bütün tamaşaçılara eyni xidmət və münasibət göstərilməlidir” söylədiyini yazan müəllif Olimpiya Oyunlarından fərqli olaraq “Bakı-2015”-də paralimpiya oyunları ilə bağlı heç bir maneənin olmadığını xüsusi vurğulayır. Bildirilir ki, Oyunlara hazırlıq başlayandan təşkilatçılar yarışların Olimpiya Oyunları səviyyəsində təşkili üçün səylərini əsirgəməyiblər. Məqsəd Azərbaycan paytaxtında keçiriləcək digər böyük beynəlxalq yarışlar üçün zəngin irs formalaşdırmaqdır.

Məqalədə vurğulanır ki, mayın ortalarında avstriyalı Nik Morris paralimpiya oyunları üçün şəraiti qiymətləndirmək üçün Bakıya səfər edib. Onun səfəri zamanı gördükləri ilə bağlı fikirlərini bölüşərkən söylədiyi aşağıdakı fikirlər yazıda xüsusi qeyd olunub: “Bütün tamaşaçılar - yaşlı və fiziki qüsurlu şəxslər ilk Avropa Oyunlarının yarışlarını rahatlıqla izləyə biləcəklər. Onların nəqliyyatla təmin edilməsi, yarış meydanlarına gəlməsi, tribunalarda yerləşməsi üçün hər cür imkanlar təmin edilib. Təşkilat Komitəsi əlillər və onları müşayiət edən şəxslərin birinci Avropa Oyunlarının yarışlarını pulsuz izləyə bilmələri üçün bütün şəraiti yaradıb.

   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30