25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: Məşəl Qusarda

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli iyunun 1-də Azərbaycanın şimal qapısı sayılan Qusara gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılanıb.

Məşəl kik-boksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olunub. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəliblər. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Qusarlılar məşəlin alovlandırılmasını böyük coşqu və alqışlarla qarşılayıblar.

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına təqdim olunub.

Məşəldar Zeynal Əsgərov AZƏRTAC-a müsahibəsində Qusarın bu gün çox əlamətdar bir hadisəyə şahidlik etdiyini bildirib: “Başqa ölkələrdə keçirilən bu cür mərasimləri həmişə televizordan izləmişik. Həmişə düşünürdüm ki, görəsən, bizim ölkəmizdə də belə bir mötəbər yarış keçirilə bilərmi? İndi görürəm ki, xəyallarımız gerçəkləşir. Azərbaycanın gündən-günə inkişaf etməsi beynəlxalq arenada nüfuzumuzu daha da artırır. Bunun nəticəsində də ölkəmizə etimad göstərilir və güvənilir. Həmişə televizorda həsrətlə izlədiyim o möhtəşəm anlar bu gün rayonumuzda da keçirildi. Biz nəinki izləyici, hətta mərasimin birbaşa iştirakçısı olmaq imkanı qazandıq. Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Çox sevincliyəm”.

“On gündən sonra birinci Avropa Oyunları başlayır. Təşkilati məsələlərin gedişini fəxrlə izləyirik. Yarışlar başlayandan sonra isə həyəcanla idmançılarımızın çıxışını izləyəcəyik. Mötəbər turnirdə Qusarın idman yetirmələri də qüvvələrini sınayacaqlar. Əminəm ki, Azərbaycan idmançıları şərəflə mübarizə aparıb, himnimizi səsləndirəcəklər”. Bu fikirləri isə AZƏRTAC-a Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova bildirib. Qarşılanma mərasiminin iştirakçısı deyib: “Qədim Atəşgah məbədində alovlandırılan məşəl nəhayət ki, rayonumuza da qədəm basdı. Gördüyünüz kimi, uşaqdan-böyüyə hamı bu günü ən əziz bayram kimi qeyd edir. Arzu edirəm ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun və bu cür bayram tədbirlərini Qarabağda qeyd edək”.

Qusardan sonra birinci Avropa Oyunlarının məşəli Quba rayonuna yola salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30