26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: “İtaliyanı uğurla təmsil etmək üçün əlimdən gələni edəcəyəm”

Avropanın ən möhtəşəm idman tədbirinin - “Bakı-2015” ilk Avropa Oyunlarının başlanması ərəfəsində İtaliyanın bu yarışlara qatılacaq idmançılarını daha yaxından tanımaq imkanı yaranır. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu ölkəni su polosu idman növü üzrə təmsil edəcək komandanın üzvü Edoardo Manzi yarışlara çox böyük həyəcan və məsuliyyətlə hazırlaşır.

Gənc atlet idman karyerası və yarışlarla bağlı təəssüratlarını bu sözlərlə ifadə edib: “Su polosu mənim üçün böyük həyəcan və zövqdür. Sonsuz sevgi ilə yanaşdığım bu idman növü ilə tanışlığım 9 il əvvəl başlayıb. Bu gün artıq su polosu mənim ən böyük məşğuliyyətimə və əsas işimə çevrilib. Hazırlıq və məşqləri hər gün davam etdirirəm. Bütün imdançılar kimi mənim də hədəfim qarşıya qoyduğum məqsədlərə çatmaq və iştirak etdiyim yarışlarda yüksək nəticələr göstərməkdir”.

E.Manzi yarışlarda bütün potensialını göstərmək üçün hazırlıqları davam etdirir: “Bakıya İtaliyanı qürurla təmsil etmək və ilk Avropa Oyunlarının ən yüksək pilləsinə qalxmaq məqsədilə gedirik. Bu yarışların önəmini çox yaxşı dərk edirik. Bilirik ki, güclü rəqiblər qarşısında mübariz, psixoloji və fiziki cəhətdən hazır olmalıyıq. Bu bir komanda oyunudur. İlk Avropa Oyunlarında iştirak edəcəyim üçün çox həyəcanlıyam. Bakıda İtaliyanı su polosu komandasının üzvü kimi təmsil edəcəyimi biləndə çox qürurlandım. Bu, gələcək karyerama da müsbət təsir göstərəcək. Komandamızda yaratdığımız harmoniya yüksək enerji nümayiş etdirməyə, texniki bacarıqlarımızı, yüksək hazırlığımızı göstərməyə imkan yaradacaq. Yarışlarda ölkəmi uğurla təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, digər italiyalı idmançılar da mənim kimi düşünürlər və biz bu yarışlardan vətənimizə fəxrlə qayıdacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30