23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2015”: “Avropa Oyunları ilk dəfə keçirildiyi üçün böyük əhəmiyyətə malikdir”

“Bakı-2015” birinci Avropa Oyunlarının taekvondo yarışlarında Azərbaycanın səkkiz idmançısı dayanq üzərinə çıxacaq. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, dörd kişi və dörd qadın idmançının daxil edildiyi heyətdə dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova da yer alıb. Qadınlar arasında 67 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək atlet turnirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq uğur qazanmaq üçün ciddi hazırlıq prosesi keçdiyini deyib. F.Əzizova bu barədə deyib: “Komanda olaraq yarışa səylə hazırlaşırıq. Birinci Avropa Oyunları özümü təsdiqləmək baxımından yaxşı şansdır. Bu mötəbər idman yarışı doğma divarlar arasında keçirildiyi və ilk dəfə təşkil edildiyi üçün böyük əhəmiyyətə malikdir”.

On doqquz yaşlı idmançı Çelyabinskdə keçirilən dünya çempionatında uğursuz çıxışını döyüşü qurmaqda çətinlik çəkməsi ilə əlaqələndirib: “Kolumbiyalı taekvondoçu ilə görüş istədiyim kimi olmadı. Hazırda səhvlərim üzərində işləyirəm. Dünya çempionatındakı uğursuzluğumu birinci Avropa Oyunlarında unutdurmağa çalışacağam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30