20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015”: Məşəl Şamaxıda

Qədim tarixə malik, zəngin flora və faunası, ecazkar və sirli abidələri ilə cəlbedici olan Şamaxı mayın 30-da keçirilən möhtəşəm Alov festivalı ilə öz tarixinə yeni bir səhifə yazıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, 3000 il yaşı olan bu qədim diyar möhtəşəm idman bayramını böyük təntənə ilə qarşılayıb. Şəhərin küçə və parkları, meydanları, xüsusən birinci Avropa Oyunları məşəlinin keçəcəyi ərazilər bayramsayağı bəzədilib. İnsanlar böyük coşqu və həyəcanla Qobustan rayonundan Şamaxıya gətirilməkdə olan Avropa Oyunlarının məşəlini gözləyiriblər.

Nəhayət, saat 19:30-da məşəl Şamaxıya çatıb. Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul edib.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəliblər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırıb.

Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırıb və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olunub.

Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin ifasında bayram konserti şamaxılıların sevincini daha da artırıb.

YAP rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi ki, ulu öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan hazırda tarixi günlərini yaşayır: “Ötən hər gün bizi möhtəşəm idman bayramına - ilk Avropa Oyunlarının keçiriləcəyi günə yaxınlaşdırır. Bu Oyunların müqəddəs Atəşgah məbədində alovlandırılan məşəlinin rayonumuza gətirilməsi hər bir şamaxılıda qürur və sevinc hissi doğurub. Heç şübhə yoxdur ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə daha da qüdrətlənəcək, bir çox bu cür möhtəşəm tədbirlərə uğurla ev sahibliyi edəcək”.

Alov festivalını böyük maraqla izləyənlər arasında gənclər çoxluq təşkil ediriblər. Onlardan biri Vasif Şıxıyev təəssüratlarını belə ifadə edib: “Müqəddəs Atəşgah məbədindən od alan birinci Avropa Oyunlarının məşəli bu gün Şamaxıya da nur saçdı. Bu, biz gənclərdə böyük qürur, iftixar hissi doğurur. Azərbaycanın dünya idman arenasında sayılıb-seçilməsi, ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi çoxları üçün əlçatmaz bir zirvədir. Fəxr edirik ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu zirvəyə ucalıb”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30