19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Oxatanlarımız güclü rəqiblərindən çəkinmirlər

Kamandan oxatma üzrə komandamız birinci Avropa Oyunlarına böyük səylə hazırlaşır. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Avropa Oyunlarında köhnə qitənin ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlarda Azərbaycan yığması ilə yanaşı Sloveniya, Norveç, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İsveçrə, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Estoniya, Finlandiya, İrlandiya və digər ölkələrdən idmançılar mükafatlar uğrunda mübarizə aparacaqlar.

Avropa Oyunlarında ölkəmizi 3 kişi və 3 qadın oxatan təmsil edəcək. Yığma komandaya namizədlər arasında Roman Vengerov, Aleksey Kopnin, Zaur Ramazanov, Leyla Fazilova, Suğra Müqabilzadə kimi Azərbaycan çempionları, müxtəlif turnirlərin qalibləri var.

Yarışlara hazırlıqların yüksək səviyyədə getdiyini deyən milli komandamızın məşqçisi Natiq Fazilov AZƏRTAC-a bildirib ki, Avropa Oyunlarında idmançılarımızın uğurlu nəticələrinə inanır: “Azərbaycanda Avropa Oyunlarının keçirilməsi möhtəşəm hadisədir. Biz hazırlıq prosesimizi Antalyada keçirdik. Ondan sonra Avropa Kubokunda iştirak etdik. Oğlanlar 25 komanda arasında dördüncü yeri, qadınlar isə 20 komanda arasında altıncı yeri tutdular. Məncə bu, pis nəticə deyil. Avropa Oyunları yaxınlaşdıqca oxatanlarımız daha da intensiv məşq edirlər. Oxatanlarımız güclü rəqiblərindən çəkinmirlər və yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.

Yarışlara hazırlaşan Suğra Müqabilzadə də özünə inanır və turnirdə yüksək yerlər uğrunda mübarizə aparacağını deyir. S.Müqabilzadə gənclər arasında Yay Olimpiya Oyunlarında komanda şəklində 9-cu yerə layiq görülüb. Federasiya Kuboku beynəlxalq yarışında isə 3-cü yeri qazanıb. O, köhnə qitənin adlı-sanlı oxatanları ilə başabaş mübarizə aparmağa hazırdır: “Məşqlərimiz keçən ilə nisbətən daha da intensivləşib. Əvvəllər həftədə 6 dəfə məşq edirdiksə, indi gündə 3-4 saat olmaqla, həftədə 7 dəfə məşq edirik. Oyunlara hazırlıq çərçivəsində müxtəlif təlim-məşq toplanışlarına da qatılmışıq. Komandamızın hər bir üzvü əlindən gələni etməyə çalışacaq ki, Oyunlarda yüksək yer qazansın”.

Azərbaycanın oxatma komandasının gənc üzvlərindən biri də Zaur Qəhrəmanovdur. O, Federasiya Kuboku beynəlxalq turnirində 3-cü yerə, İslam Oyunlarında komanda şəklində 2-ci yerə layiq görülüb. Z.Qəhrəmanov dünyanın ən sərrast oxatanları ilə mübarizə aparmaqdan çəkinmir: “Bu yarışlara ən güclü idmançılar qatılacaqlar. Buna baxmayaraq, biz də öz gücümüzü göstərəcəyik. Milli komandaya 5 kişi və 5 qadın namizəd var. Onlar arasında ən yaxşıları seçiləcək. Çalışırıq ki, komandanın tərkibinə düşək. Əlbəttə ki, hər bir idmançı qələbə uğrunda yarışacaq”.

Qeyd edək ki, birinci Avropa Oyunlarının kamandan oxatma yarışları iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Yarışlarda dünyanın 128 ən sərrast oxatanı iştirak edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30