24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı-2015” Serbiyada da yayımlanacaq

Mayın 29-da “Bakı-2015” Əməliyyat Komitəsi (BEGOC) iyunun 12-28-də keçiriləcək birinci Avropa Oyunlarını serbiyalı tamaşaçıların izləyə bilmələrinə imkan verən yayım müqaviləsini imzalayıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Oyunlar ictimai yayım kanalı olan “Radio Television Serbia” (RTS) vasitəsilə ödənişsiz nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə üç milyon evdə izlənilir.

“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq müqavilə barədə danışaraq deyib: “Bakı-2015” uzunömürlü brend yaratmağa kömək etmək, həmçinin bu həyəcanı Avropada və onun hüdudlarından kənarda mümkün qədər çox izləyici ilə bölüşmək üçün birinci Avropa Oyunlarının ən geniş yayım şəbəkəsində nümayiş olunmasını təmin etməyə çalışır. Yeni müqavilə Oyunlara böyük marağın olduğunu göstərir. Çox şadam ki, serbiyalı azarkeşlər öz idmançılarının yarışını izləmək imkanı əldə edəcəklər. Serbiya güclü idman ənənəsinə malik olan ölkədir. Biz gələn ay Bakıda serbiyalı idmançılardan böyük uğurlar gözləyirik”.

RTS kanalının direktoru Vladan Skrkik isə bu barədə bildirib: “Mən həmişə idmanın inkişafına dəstək vermişəm. Belə bir yarışın yayımında iştirak etdiyimiz üçün çox şadam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30