26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Synergy Baku"dan uğurlu start

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" bu gün startı verilən Estoniya Turuna uğurla başlayıb. Futbolxeber.az-ın məlumatına göər, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında komandamızın 8 üzvü mübarizə aparır.

Birinci mərhələdə iştirakçılar paytaxt Tallindən Tartuya qədər olan 197 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək nəticəyə Yannis Tamuridis imza atıb - gələn ay keçiriləcək ilk Avropa Oyunlarında Yunanıstan milli komandasının heyətində də çıxış edəcək velosipedçi marşrutu 4 saat, 30 dəqiqə, 32 saniyəyə qət edib və finiş xəttini ikinci keçib. Avropa Oyunlarında Azərbaycan yığmasının şərəfini qoruyacaq Maksim Averin isə 2 dağ sprintinin birində qalib olub və hazırda bu sıralanmada 2-ci yerdədir.

Sabah keçiriləcək sonuncu, 2-ci mərhələdə iştirakçılar Tartu şəhərinin küçələrində 150 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, Estoniya Turu yığma komandamızın üzvləri Elçin Əsədov və Maksim Averin üçün Avropa Oyunları öncəsi son yarışdır. Daha sonra Azərbaycana gələcək velosipedçilər məsul yarışa hazırlıqları ölkəmizdə davam etdirəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30