29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Qadın güləşçilərimiz “Bakı-2015”ə monqolustanlı idmançılarla birgə hazırlaşırlar

Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət Azərbaycan yığması birinci Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yığma komandamızın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev və məşqçi Arif Fərmanov, gənc qızlardan ibarət millimizin böyük məşqçisi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında təlim-məşq toplanışına 20-yə yaxın güləşçi cəlb olunub. Mayın 25-dən etibarən başlayan təlim-məşq toplanışında Monqolustan güləşçiləri də iştirak edirlər.

Semyon Çterev bildirib ki, Asiya çempionatının qalib və mükafatçıları olan Monqolustan güləşçiləri ilə birgə təlim-məşq toplanışı idmançılarımızın təcrübələrini artırmaq üçün yaxşı fürsətdir. Artıq hazırlıqların son mərhələsindəyik. İki həftə sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında iştirak edəcəyik. Komandada əhval-ruhiyyə yüksəkdir. Oyunlarda yüksək əzmkarlıqla mübarizə aparıb, qələbələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik.

“Bakı-2015”in proqramına güləşin hər üç növü daxildir. Yarışlar iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31