28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”dən Avstraliya mətbuatı da yazdı

Avstraliyada nəşr edilən nüfuzlu “The Canberra Times” qəzetində Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məqalələr dərc olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata gör, Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin təşəbbüsü ilə dərc olunan “Bakıda ilk Avropa Oyunları keçiriləcək” və “Həyəcanlandırıcı yeni idman hadisələri” adlı məqalələrdə qeyd edilir ki, Azərbaycan iyunun 12-28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarının iştirakçılarını - idmançıları və turistləri qəbul edəcək.

Bildirilir ki, zəngin mədəni tarixə malik olan ölkəmiz Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında qəbul etdiyi qərara əsasən, ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu barədə qərarı məsuliyyətlə qarşılayan Azərbaycan son iki ildə yeni idman obyektlərinin inşası və əvvəlkilərin təmiri məqsədilə böyük əzmkarlıq nümayiş etdirib. Avropa Oyunlarının yüksək peşəkar səviyyədə keçirilməsi üçün Bakıda yeni Olimpiya Stadionu inşa olunub. Vurğulanıb ki, bu Oyunlar təkcə insanların sağlamlığına şərait yaradan idman obyektləri deyil, eyni zamanda, yüksək səviyyəli nəqliyyat və yol infrastrukturunun yaradılmasına da imkan yaradıb. Eyni zamanda, ölkə gənclərinin və qadınların idmana marağını artırıb və inşa olunan obyektlərdə çoxsaylı iş yerləri açılıb.

Məqalələrdə ilk Avropa Oyunlarında 50 ölkədən 6 mindən çox idmançının 253 medal dəsti uğrunda mübarizə aparacağı barədə məlumatlara da yer verilib.

Vurğulanıb ki, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən və zəngin mədəni irsə malik olan müasir Azərbaycan artıq bütün dünyada böyük beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil edildiyi mərkəz adını qazanıb. Son illər burada 17 yaşlı qızlar arasında futbol üzrə Dünya çempionatı, “Eurovision” kimi nəhəng tədbirlər keçirilib. Bu tədbirlər Azərbaycanın infrastrukturunun müasirləşməsinə, yeni idman obyektlərinin inşasına, onlayn-rabitənin inkişafına böyük təkan verib. Azərbaycanın qarşıdakı illərdə İslam Həmrəylik Oyunlarına, Formula-1 yarışına, Beynəlxalq Şahmat Olimpiadasına ev sahibliyi edəcəyi də qeyd olunub.

Azərbaycanın həm də tolerant ölkə kimi tanındığı, burada müxtəlif dinlərin və icmaların sülh şəraitində yaşadığı xüsusi vurğulanıb. Avstraliyalıları ilk Avropa Oyunlarına qatılmağa dəvət edən müəlliflər onları Azərbaycanda yüksək qonaqpərvərliyin, dostluq münasibətinin, zəngin mətbəxin və əsrarəngiz təbiətin gözlədiyini qeyd ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31