25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”in Xorvatiyada yayımlanması haqqında saziş imzalanıb

Mayın 27-də “Bakı-2015” Əməliyyat Komitəsi (BEGOC) birinci Avropa Oyunlarının Xorvatiyada yayımlanması haqqında saziş imzalayıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, “Bakı-2015” yarışları 2011-ci ildə Xorvatiya Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən ilk televiziya kanalı olan və ödənişsiz xidmət göstərən “Sportska Televizija”da (SPTV) hər gün 10 saat ərzində yayımlanacaq. SPTV kanalı həm də açılış və bağlanış mərasimlərini nümayiş etdirəcək. Kanal, həmçinin xorvatiyalı idmançıların çıxışlarının geniş işıqlandırılmasını təmin edəcək.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, “Bakı-2015” Avropa idmanı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də biz bütün qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün səylə işləmişik. SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər.

SPTV kanalının baş redaktoru Yura Ozmek deyib: “Avropa Oyunları SPTV kanalına mükəmməl dərəcədə uyğun gəlir. Bakıda idmanın 20 növü üzrə yarışlar keçiriləcək və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olacaq. Xorvatiya həmin idman növlərinin 18-i üzrə təmsil olunacaq. Ümidvarıq ki, Xorvatiya təmsil olunduğu idman növləri üzrə medallar qazanan ölkələr sırasında yer ala biləcək. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və iyunun 12-də keçiriləcək açılış mərasimini səbirsizliklə gözləyirik. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi ilə tərəfdaşlıq etməkdən məmnunuq və qitə və Xorvatiya idmanında birlikdə yeni bir səhifə açacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30