25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı-2015” İranda da yayımlanacaq

“Bakı-2015” İranı birinci Avropa Oyunlarını yayımlayan ölkələr sırasına daxil edib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, “General Entertainment and Media” (GEM TV) qrupu İran üçün eksklüziv yayım hüququnu əldə edib. Bu qrup Oyunları “Yahsat”, “Nilesat” və “Hotbird” kanalları ilə ödənişsiz yayımlayacaq.

Razılaşmaya əsasən, televiziya, rəqəmsal və mobil platformalar üzərindən 75 milyon nəfərin izləyəcəyi gündəlik yayımlar təşkil olunacaq. Bununla da İran Oyunların yayımlanacağı Hindistan, ABŞ, Çin, Honq-Konq, Ərəb ölkələri, Avstraliya və s. sırasına qoşulub.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə fikirlərini bölüşərkən deyib: “Birinci Avropa Oyunlarının çağırışı təqdirəlayiqdir. Məqsədimiz mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq idman yarışlarının Avropada və digər ölkələrdə mümkün qədər daha çox insan tərəfindən izlənilməsini təmin etməkdir. Beynəlxalq şəbəkələrlə əldə edilmiş bu və digər razılaşmalar dünya üzrə belə yarışlara marağın böyük olduğunu göstərir. İran ictimaiyyətinin ilk Avropa Oyunları həyəcanına qoşulduğunu görməkdən məmnunuq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30