20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Sərbəst güləşçilərimiz birinci Avropa Oyunlarına hazırlığı İran idmançıları ilə birgə davam etdirirlər

 
Sərbəst güləş üzrə Azərbaycan yığma komandası birinci Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, böyüklərdən ibarət yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsianın rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edirlər. Otuza yaxın güləşçinin qatıldığı hazırlıq prosesi iyunun 2-dək davam edəcək. Bu təlim-məşq toplanışı həm də Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsində həlledici rol oynayacaq.
Təlim-məşq toplanışında sərbəst güləş üzrə İran komandasının 7 üzvü də iştirak edir. Onların arasında qitə və dünya çempionatlarının qalib və mükafatçıları ilə yanaşı, üçqat Asiya çempionu Reza Afzali Paemami da var.
Qeyd edək ki, birinci Avropa Oyunlarında güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30