20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”də Türkiyədən 9 kişi və 4 qadın boksçu mübarizə aparacaq

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından medallarla qayıtmağı qarşıya məqsəd qoyan boks üzrə Türkiyə milli komandası hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, birinci Avropa Oyunlarında Türkiyəni təmsil etməyə hazırlanan qardaş ölkənin boksçuları təlim-məşq toplanışındadırlar.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç bildirib ki, ilk dəfə təşkil ediləcək Oyunların Azərbaycanda keçirilməsi bizi çox sevindirir. Birinci Avropa Oyunlarında Türkiyədən 9 kişi və 4 qadın boksçunun mübarizə aparacağını deyən E.Gözgeç bildirib: “Qardaş ölkə olan Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında Türkiyəni yüksək səviyyədə təmsil edərək medallar qazanmaq əzmindəyik. Azərbaycanlı azarkeşlərin idmançılarımızı dəstəkləyəcəklərinə ümid edirik”.

Birinci Avropa Oyunlarının boks yarışları iyunun 16-da başlayacaq. Final yarışları isə iyunun 27–də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30