20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Praqada “Bakı-2015”in təqdimatı keçirilib

Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Azərbaycanın Çexiyadakı səfirliyində təqdimat keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tədbirdə çıxış edərək iştirakçılara birinci Avropa Oyunları haqqında məlumat verib. Diplomat bu mötəbər idman tədbirinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Çexiya Olimpiya Komitəsinin (ÇOK) baş katibi Petr Qraçlikin adından tədbir iştirakçılarını salamlayan ÇOK-un mətbuat katibi Aleksandr Kliment ölkəsindən olan idmançıların birinci Avropa Oyunlarına hazırlıqları barədə məlumat verib. O, çexiyalı idmançıların ilk Avropa Oyunlarına güclü heyətlə qatılacağını vurğulayıb.

Tədbirdə Çexiya dövlət qurumlarının rəsmiləri, parlamentin deputatları, Praqada akkreditə olunan diplomatik korpusun və kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində “Bakı-2015”ə həsr olunan videoçarx nümayiş etdirilib, birinci Avropa Oyunları ilə bağlı təbliğat materialları paylanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30