29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Mançester Yunayted”dən ayrılan Falkao, London klubunda forma geymək istəyir

Radamel Falkao “Mançester Yunayted”dən ayrılıb. Futbolxeber.az-ın məlumatına görə, müqavilə ilə “Monako”ya məxsus olan kolumbiyalı forvardın icarə müddəti başa çatıb. Mançester təmsilçisi isə Falkao ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Qeyd edək ki, cari mövsümdə “Mançester Yunayted”in heyətində Premyer Liqada 26 oyuna çıxan 29 yaşlı hücumçu, 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal Falkaoya komandadakı xidmətlərinə görə təşəkkür edib.

Digər məlumata görə, Falkao İngiltərəni tərk etmək fikrində deyil. Kolumbiyalı forvard menecerinə bildirib ki, London klubları ilə danışıq aparsın. İngiltərə paytaxtında çıxış etmək üçün Falkao hətta məvacibinin də azaldılmasına razıdır. Onun Mançesterdəki qazancı həftədə 280 min funt-sterlinq idi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31