Digər idman növləri
Birinci Avropa Oyunlarının məşəli Qaxda böyük coşqu ilə qarşılanıb
Respublikamızın bölgələrini gəzib dolaşan, şimal-qərb bölgəsi rayonlarını da öz alovunun şəfəqlərinə qərq edən birinci Avropa Oyunlarının məşəli mayın 24-də ölkəmizin dilbər guşələrindən olan Qax rayonuna gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, günün ikinci yarısında Qax şəhərinin giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olub. Buraya toplaşan rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıblar. Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul edib. Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək məşəli Qax şəhərinin mərkəzi meydanına gətiriblər. 2010-cu və 2012-ci illərdə Almaniyada və Portuqaliyada keçirilmiş kunq-fu üzrə dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb.
Məşəl estafetinin sonuncu iştirakçısı Zaur İsakov sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının məşəli doğma Qax rayonunda şölələnir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə həyatının bütün sahələrində, o cümlədən idman sahəsində qazanılan uğurlarımızın məntiqi nəticəsidir. Bu xoşbəxt anları bizə bəxş etdiyinə görə Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.
Daha sonra məşəldən alovlandırılan çıraq ilk Avropa Oyunlarının sonunadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirən rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov sevinc hisslərini belə ifadə edib: “İdmanın inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir. Son illər paytaxtla yanaşı, bölgələrdə də nəhəng idman komplekslərinin inşa edilməsi ölkəmizdə bu sahənin inkişafına göstərilən diqqət və qayğıya bariz nümunədir. Belə idman komplekslərindən biri iki il əvvəl rayonumuzda da inşa edilib. Qax rayonu həmişə zəngin idman ənənələri ilə seçilib. Bu diyar Şərqdə ilk qadın qrossmeyster Aynur Sofiyeva, şahmatçı Pərvanə İsmayılova, güləşçi Nazim Əlicanov kimi neçə-neçə tanınmış idmançılar yetişdirib. Avropa Oyunlarının məşəlinin rayonumuza gətirilməsi çox böyük hadisədir və heç zaman yaddaşlardan silinməyəcək”.
Rayonun fəal gənclərindən olan Elvin Həsilov isə sevincini bu sözlərlə bölüşüb: “Həyəcanla tarixi anlara şahidlik edirik. Bu əlamətdar hadisə Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin parlaq nəticələrindən biri kimi biz gənclərdə də qürur hissi yaradır. Bizə bu sevinci bəxş etdiyinə görə dövlətimizin başçısına minnətdarıq”.
Rayonda nəşr olunan “Şəlalə” qəzetinin redaktoru Novruz Şabanov deyib: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi beynəlxalq qurumlar və dünyanın aparıcı dövlətləri tərəfindən ölkəmizə göstərilən böyük etimadın nəticəsidir. Xalqımız Oyunların başlanmasını böyük səbirsizliklə gözləyir. Avropa Oyunlarının məşəli ölkəmizin bütün regionlarında böyük coşqu ilə qarşılanır. Bütün bölgələrimiz bayram libasına bürünüb. Oyunlarda iştirak edəcək idmançılarımıza uğurlar arzulayıram. Əminəm ki, bu möhtəşəm idman yarışı yüksək səviyyədə keçəcək və ölkəmiz daha bir tarixi uğura imza atacaq”.
Gənc müəllimə Elnurə Qasayeva Avropa Oyunlarının məşəlinin Qax rayonuna gətirilməsindən duyduğu sevinci belə ifadə edib: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuram. Hər işdə olduğu kimi, burada da birinci olmaq şərəfli və əhəmiyyətlidir. Əminəm ki, Oyunlar zamanı Avropa və bütün dünya bir daha ölkəmizin qüdrətinin, xalqımızın qonaqpərvərliyinin, Azərbaycanın sürətli inkişafının şahidi olacaq”.
Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq