28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Varşavada Olimpiya pikinikinin mövzusu “Bakı-2015” birinci Avropa Oyunları olacaq

Mayın 23-də Varşavada keçiriləcək Olimpiya piknikinin mövzusu “Bakı-2015” birinci Avropa Oyunları olacaqdır. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu barədə Polşa Olimpiya Komitəsinin prezidenti Ancey Krasnitski azərbaycanlı jurnalistlərlə görüşündə məlumat verib.

Onun sözlərinə görə, Polşa paytaxtında Olimpiya pikniki artıq 17-ci dəfədir keçirilir. Gələn il piknikin mövzusu “Rio-2016” olacaq.

Kraqsnitski deyib: “Piknikin sponsorları Polşanın idman federasiyalarıdır”. Piknik çərçivəsində bir sıra tədbirlər keçiriləcək. Bu məqsədlə xüsusi uşaq və ailə proqramları hazırlanır. Piknikdə müxtəlif mükafatlar oynanılacaq. Biz piknikə 30-40 min iştirakçının qatılacağını gözləyirik. Adətən piknikə Polşanın olimpiya mükafatçıları gəlir. Onların sayı 150-dən çoxdur”.

Azərbaycanın Polşadakı səfirliyi Olimpiya piknikində Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə çıxış edəcək.

Piknikin gənc iştirakçılarına Polşa Olimpiya komitəsinin nəşri olan “Olimpuski” jurnalının uşaqlar üçün əlavəsi olan “Olimpionik” jurnalı hədiyyə ediləcək. Jurnalın üç min nüsxə tirajla çap olunmuş uşaqlar üçün versiyasında “Bakı-2015” birinci Avropa Oyunları” məqaləsi dərc olunub. “Bakı-2015” haqqında məqalənin yer aldığı jurnal 4 min nüsxə tirajla buraxılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31