19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Azərbaycan-Avropa münasibətlərinin təbliği” adlı kitabın təqdimatı olub

Mayın 22-də Azərbaycan Turizm və Menecment Universitetində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin “Bakı-2015” Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” layihəsi çərçivəsində nəşr edilmiş eyniadlı kitabın təqdimatı olub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən qurumun sədri, dosent Məmmədəli Babaşlı Azərbaycanda idmanın hərtərəfli inkişaf etdirilməsindən söhbət açıb. O bildirib ki, layihənin məqsədi Azərbaycan maddi-mədəni irsinin yerli və beynəlxalq idman ictimaiyyətinə tanıdılması, Dağlıq Qarabağ həqiqətlərinin idman ictimaiyyətinə çatdırılması, iştirakçı ölkələrlə Azərbaycan arasındakı siyasi-iqtisadi, sosial-mədəni və strateji münasibətlərin təbliğ edilməsi, beynəlxalq idman tədbiri münasibəti ilə ölkəyə gələn qonaqların məlumatlandırılmasıdır.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Ramil Məmmədov “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində ictimai birliyin layihəsini yüksək qiymətləndirib.

Sonda tədbir iştirakçılarına “Bakı-2015” Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” kitabı təqdim edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30