24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Erməni məşqçi: “Bakıya medal ardınca yollanacağıq”

Ermənistan I Avropa Oyunlarına qatılacaq daha bir yığmasının heyətini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Futbolxeber.az-ın məlumatına görə, işğalçı ölkə boks, yunan-Roma güləşi, atıcılıq və cüdo idman növlərinin ardınca yarışın keçiriləcəyi Azərbaycana gətirəcəyi sərbəst güləşçiləri də müəyyənləşdirib.

Komandanın baş məşqçisi Araik Baqdanyan bildirib ki, qitədə ilk dəfə təşkil olunacaq yarışda 6 idmançı ilə mübarizə aparacaqlar. Bunlar Qarik Barseqyan (57 kq), Volodya Franqulyan (61 kq), David Səfəryan (66 kq), Qriqor Qriqoryan (74 kq), Musa Murtuzəliyev (86 kq) və Levan Berianidzedi (125 kq).

Oyunlara ciddi hazırlaşdıqlarını vurğulayan Baqdanyannın sözlərinə görə, Bakı-2015-də mükafat qazanacaqlarına inanırlar: “Bakıya medal ardınca yollanacağıq. Bütün güləşçilərimiz son saniyəyə qədər mübarizə aparmağa hazırdı. Avropa Oyunlarında “əsas iştirakdı” prinsipi ilə mübarizə aparmayacağıq. Hər şeyi zaman göstərəcək. Yığmaya mən rəhbərlik edəcəm. Bizimlə daha 3 məşqçi, Səfəryanın şəxsi çalışdırıcısı və həkimimiz də gedəcək”.

İrəvanda hazırlığı davam etdirən komanda ölkəmizə iyunun 15-də gələcək.

Mənbə: Apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30