28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Alman şahmatçı Azərbaycan yığmasının şəfərini qoruyacaq

Azərbaycan yığması almaniyalı şahmatçını milliləşdirir. Futbolxeber.az-ın məlumatına görə, Arkadi Naydiç bundan sonra milli komandamızın şərəfini qorumaq niyyətindədi.

30 yaşlı qrossmeyster yaxın günlərdə Azərbaycan Şahmat Federasiyası ilə müqavilə imzalayacaq. Artıq Almaniya Şahmat Federasiyası da onun keçidi ilə razılaşıb.

Latviyanın paytaxtı Riqada anadan olan Naydiç 11 yaşında Almaniyaya köçüb. Dortmundda yaşayan şahmatçı 2005-ci ildə bu ölkənin vətəndaşlığını alıb. Əksər yarışlarda bu ölkənin millisini I lövhədə təmsil edib. 2011-ci ildə almanların Avropa çempionluğunda mühüm rol oynayıb.

Naydiç Almaniya millisindən ayrılmasını federasiya ilə probleminin olması ilə əlaqələndirib. Narazılığının əsas səbəbi odu ki, qurum Top-şahmatçılara lazımı dəstək vermir. Reytinqi 2000 olan şahmatçılara liderlərdən daha çox diqqət ayrılır.

Federasiya Naydiçin narazılığını onla izah edir ki, aparıcı şahmatçılar heç də həmişə yığmada çıxış etmirlər. Arkadinin keçidi üçün Azərbaycan tərəfi almanlara 50 min avro ödəməlidi. Bu, FİDE qaydalarında nəzərdə tutulan konpensasiyadı. Həmin qaydalara əsasən, reytinqi 2700-dən yuxarı olan şahmatçı vətəndaşlığını dəyişirsə, onun 2 illik məcburi fasilə etməməyi üçün bu məbləğ ödənilməlidi.

Qeyd edək ki, hazırda Naydiç FİDE reytinqində 2720 xalla 32-ci yerdədi.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31