20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”: Çimərlik voleybolunda Belarusu iki qadın cütlük təmsil edəcək

Belarus birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarında iki qadın cütlüklə təmsil olunacaq. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məşqçilər Sergey Danilov və İqor Samyolnaninovun rəhbərliyi ilə yarışlarda Viktoriya Şalayevskaya-Viktoriya Sekretova və Valeriya Babenko-Yana Milevskaya cütlükləri mübarizə aparacaqlar.

Cütlüklərin gənc və perspektivli olduğunu bildirən məşqçi Sergey Danilov onların bu il orta məktəbi bitirəcəklərini diqqətə çatdırıb. Vurğulayıb ki, voleybolçular bir müddət əvvəl Litvada beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Cütlüklərdən biri mükafatçılar sırasında yer alıb. Ancaq Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarının çimərlik voleybolu yarışları heç də asan olmayacaq. Çünki komandalar bu yarışa ciddi hazırlaşır və Azərbaycan cütlüyünü də güclü rəqib kimi görürük.

Voleybolçu Viktoriya Şalayevskaya deyib: “Əzmlə mübarizə apararaq mükafatçılar sırasında yer almaq istəyirik. Bilirəm ki, bütün belaruslular bizə azarkeşlik edəcəklər. Birinci Avropa Oyunlarından əvvəl Molodeçnoda (Belarus) təşkil olunacaq turnirdə gücümüzü sınayacağıq.

Birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışları iyunun 16-dan 21-dək Avropa Oyunları Parkında təşkil olunacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30