20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

6 boksçumuz Avropa çempionatının yarımfinalında

Ukraynanın Lvov şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar müəyyənləşib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı özlərinə təmin ediblər.

Birincilikdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid Məlikov dörddəbir finalda litvalı Lukas Petrauskasdan üstün olub. Boksçumuz finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək.

Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) də yarımfinalçılar sırasına yüksəlib. Milli komandamızın üzvü rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib. M.Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq.

Yarımfinalda Cavid Hüseynov (48 kq) irlandiyalı Lorkan Harleks, Niyaməddin Allahverdiyev (52 kq) şotlandiyalı Deklin Daff, Orxan Həsənov (54 kq) Ukrayna təmsilçisi İvan Kozyar, Bəxtiyar Qazıbəyov (60 kq) isə ermənistanlı Koryan Asteyan ilə üz-üzə gələcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30