28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

İtaliyanı ilk Avropa Oyunlarında 295 idmançı təmsil edəcək

İtaliyanı ilk Avropa Oyunlarında 295 idmançı təmsil edəcək. Bu barədə İtaliya Milli Olimpiya Komitəsinin toplantısında məlumat verilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məlumatda qeyd olunur ki, 127-si qadın və 168-i kişi olmaqla 295 atlet idmanın 23 növü üzrə ölkələrini layiqincə təmsil etmək üçün mübarizə aparacaq. Komandanın bayraqdarı 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Giulia Quintavalle seçilib.

Beləliklə, İtaliyanı təmsil edəcək atletlər badminton (3), avarçəkmə (5), velosiped (19), gimnastika (19), cudo (17), karate (4), güləş (12), üzgüçülük (34), sinxron üzgüçülük (10), suya tullanma (11), basketbol (4), su polosu (26), voleybol (28), çimərlik futbolu (12), çimərlik voleybolu (8), boks (14), qılıncoynatma (24), taekvondo (4), triatlon (6), stolüstü tennis (2), atıcılıq (23), kamandan oxatma (6) idman növləri üzrə yüksək nəticələr göstərmək üçün bütün güclərini səfərbər edəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31