19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Birinci Avropa Oyunlarında Moldova yığmasının tərkibi genişlənib

Bakıda birinci Avropa Oyunlarının başlanmasına bir aydan az vaxt qaldığı müddətdə Moldova Respublikasının (MR) nümayəndə heyətinə daha üç cüdoçu qatılıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, ötən il Avropa çempionatlarında və beynəlxalq turnirlərdə çıxışlarının yekunlarına görə Valeri Duminikeyə, Artyom Nakuya, habelə Kristina Budeskuya birinci Avropa Oyunlarında iştirak etmək üçün kvotalar verilib.

Valeri Duminike cüdo həvəskarlarına yaxşı tanışdır. Əməkdar məşqçilər İleye və Mixay Buyukun yetirməsi olan V.Duminike “Petrokub” (Xınçeştı) idman klubunu təmsil edir, Moldova cüdoçuları arasında 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvota qazanılmasına əsas namizəd sayılır.

Moldovalı cüdoçular “Bakı-2015” Avropa Oyunlarından əvvəl iki iri beynəlxalq turnirdə - mayın 30-31-də Buxarestdə “World Cup” və iyunun 13-14-də Budapeştdə “GrandPrix” turnirlərində çıxış edəcəklər.

Bakıda birinci Avropa Oyunlarında Moldovanın 85 atleti iştirak edəcək. Onlar yüngül atletika, kamandan oxatma, güləşin üç növündə, boks, kanoe, velosiped idmanı, atıcılıq, üzgüçülük, WTB taekvondo, sambo və cüdo üzrə turnirlərdə yarışacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30