25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Bakı-2015”in məşəli Gədəbəydə

Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı dağlar diyarı Gədəbəy oldu. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, mayın 19-da rayonda əsl bayram əhval-ruhiyyəsi yaşandı. Heydər Əliyev parkının qarşısında minlərlə gədəbəyli toplaşmışdı. Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli rayon idmançısı Nurlan Məmmədov qəbul etdi və 10 idmançı 4 kilometr məsafədə yürüşə başladı. Heydər Əliyev prospekti, Akademik Zərifə Əliyeva və 20 Yanvar küçələrindən keçərək Heydər Əliyev parkına gələn məşəlçilər alqışlarla qarşılandılar. Sonuncu yürüşçü, şahmat üzrə məşqçi Murğuz Süleymanov səhnəyə qalxaraq, məşəli alovlandırdı. Avropa Oyunlarının çırağını 1 saylı şəhər orta məktəbinin XI sinif şagirdi Fidan Əsədullayeva ictimaiyyətə təqdim etdi. Sonra çıraq ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün mərkəzi mədəniyyət evinə təhvil verildi.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olundu.

Məşəl estafetini izləyən rayon sakinlərindən biri, Arıxdam kənd orta məktəbinin müəllimi Tünzalə Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzunun olmasından xəbər verir. Cəmi 24 illik müstəqilliyi olan bir dövlətdə belə bir möhtəşəm tədbirin keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan uğurlu yoldadır və onun işıqlı gələcəyi var. Bu gələcəyin təməli isə müstəqil Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, ölkəmizi yeni-yeni uğurlara qovuşdurur”.

Məşəl yürüşü mərasiminin sevincini yaşayan Gədəbəy şəhər 2 nömrəli tam orta məktəbin direktoru Qabil Allahverdiyev sevincini belə ifadə etdi: “Bu gün gədəbəylilər özlərinin ən sevincli günlərini yaşayırlar. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ancaq xəyal ola bilərdi. Bu xəyalı Prezident İlham Əliyev gerçəkləşdirdi. Bütün Avropa ölkələrinin idmançıları, eləcə də idmansevərləri iyunun 12-də Azərbaycana gəlməklə həm oyunları izləyəcək, həm də ölkəmizin gözəllikləri, maddi-mədəni abidələri ilə yaxından tanış olacaqlar”.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyan rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev isə dedi: “Avropa Oyunları Azərbaycan dövlətinin qüdrətini bir daha dünyaya bəyan etdi. Belə bir möhtəşəm tədbirin keçirilməsi onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən biri olacaq. Dövlətimizin başçısının bu istiqamətdəki yorulmaz fəaliyyəti göz qabağındadır. İnanıram ki, idmançılarımız da bizi qələbələri ilə sevindirəcəklər”.

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30