24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Məktəbli gimnastlardan Avropa Oyunlarına dəstək

“Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində gimnastika üzrə zona yarışı keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində keçirilən yarışda Təhsil Nazirliyinin, Azərbaycan Gimnastika Federasiyasının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində bildirilib ki, yarışa Bakı şəhərinin rayonları üzrə 2000-2006-cı il təvəllüdlü 100 gimnast qatılıb.

Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Hilal Salmanov və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin tədris hissə müdiri Adıgözəl Rəcəbov məktəbliləri salamlayaraq, onlara təhsillərində uğurlar, seçdikləri idman növlərində müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30