29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”in məşəli Tovuzda

Birinci Avropa Oyunlarının məşəli mayın 19-da söz və saz diyarı olan, gündən-günə abadlaşan və gözəlləşən Tovuz şəhərinə gətirildi. Minlərlə rayon sakini Heydər Əliyev prospekti boyu düzülərək ilk Avropa Oyunlarının məşəl estafetini böyük sevinclə qarşıladılar. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, taekvando üzrə Azərbaycan çempionatının mükafatçısı Nəsimi Cəfərov şəhər parkının qarşısında qurulan Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. 2,6 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar alqış sədaları altında Heydər Əliyev parkına gəldilər.

Beynəlxalq dərəcəli məşqçi-hakim, taekvando üzrə Avropa çempionatının mükafatçısı Coşqun Nadirov parkın qarşısında qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Tovuzda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.

Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Rayonun fəal gənclərindən Rasim Qocayev sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Mən çox xoşbəxtəm ki, belə bir tarixi hadisənin şahidi oluram. Azərbaycan artıq neçə illərdir öz yüksək inkişaf mərhələsini yaşayır, bir çox mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir”.

Tovuz şəhər sakini Zirəddin Əhmədov isə fikirlərini belə ifadə etdi: “Mən də bu möhtəşəm tədbirin ilk dəfə Azərbaycanda keçirilməsinə çox sevinirəm. Artıq bir neçə müddətdir ki, Oyunların məşəli ölkəmizi diyar-diyar gəzməkdədir. Qoy, dünyamız bu məşəlin şəfəqləri ilə işıqlansın. Tovuz düşmənlə sərhəddə yerləşir. Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi hər birimizin ürəyincədir. Gün o gün olsun ki, bu məşəli Qarabağımızda alovlandıraq”.

Sonra respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı təqdim olundu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31