19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Birinci Avropa Oyunlarının məşəli Qazaxda alovlandırıldı

Son illərdə daha da gözəlləşən, müasirləşən, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Qazax şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəlinin qarşılanacağı Heydər Əliyev prospektində, eləcə də şəhərin Nizami, Vidadi, M.Carçıyev, M.Dilbazi, Şəhidlər xiyabanı, Vaqif, Azadlıq, Bakı, N.Nərimanov, Ə.Şıxlinski küçələrində və Heydər Əliyev parkında əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Minlərlə rayon sakini, gənclər, idmançılar və veteranlar birinci Avropa Oyunlarının məşəlini böyük maraq və sevinc hissi ilə gözləyirdilər. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, birinci Avropa Oyunlarının məşəli mayın 18-də Qazax şəhərinə gətirildi.

Heydər Əliyev prospektində minlərlə rayon sakininin və idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının məşəlinin möhtəşəm qarşılanma mərasimi oldu. Birinci Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Vüsal İsmayılov qazaxlıların sevinc dolu alqışları və gül-çiçək yağışı altında məşəli qəbul etdi.

Sonra məşəlçilərin yürüşü başladı. Heydər Əliyev prospekti boyunca üç kilometrə yaxın məsafədə on məşəlçi bir-birini əvəzləyərək yürüşü davam etdirdi. Məşəl minlərlə rayon sakininin alqış sədaları və müşayiəti ilə Heydər Əliyev parkına gətirildi. Sonuncu yürüşçü - rayonun fəal gənci Tərxan Əhmədov burada qurulmuş səhnəyə çıxaraq məşəli alovlandırdı.

Birinci Avropa Oyunlarının çırağı dördqat dünya, altıqat Avropa çempionu Qismət Vəkilova təqdim edildi. Çıraq ilk Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.

Daha sonra aprelin 26-da Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və 150-dən çox qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olundu.

Rayon sakini, idmançı, Prezident təqaüdçüsü Kamal Əhmədov birinci Avropa Oyunlarının məşəlinin Qazax şəhərinə gətirilməsindən duyduğu sevinc hislərini AZƏTRAC-ın müxbiri ilə bölüşərək dedi: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, bu gün Azərbaycanın “Qərb qapısı” olan Qazaxda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndidə, Şuşada, Ağdamda və işğal olunmuş digər şəhərlərimizdə yandırılsın”.

Qazaxda dərc olunan “Göyəzən” qəzetinin redaktoru Elçin İsmayıl isə fikirlərini belə ifadə etdi: “Birinci Avropa Oyunlarının məşəl yürüşünü üzlədiyim üçün bütün qazaxlılar kimi, mən də özümü xoşbəxt hiss edirəm. Bu tarixi hadisə sübut edir ki, ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, idman sahəsində də mühüm uğurlara imza atır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun məntiqi nəticəsidir. Bu yarışlar Azərbaycan idmanının daha da inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin təbliğinə geniş imkanlar açacaq”.

Respublikamızın, eləcə də rayonun incəsənət ustalarının ifasında konsert proqramı qazaxlıların bayram sevincini daha da artırıb.

Qazaxlılara xoş ovqat bəxş edən mərasim atəşfəşanlıqla başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30