20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015” Avropa Oyunları tarixində ən yaxşı Oyunlar olacaq!

Azərbaycanın sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandası Ukraynada keçirilən təlim-məşq toplantılarında birinci Avropa Oyunlarına hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, “Azərtac”ın Ukraynadakı xüsusi müxbiri Kiyev ətrafında mənzərəli yerdə yerləşən “Konça-Zaspe” Olimpiya bazasında olub. Qadın güləşçilər Azərbaycan yığmasının baş məşqçisi Semyon Çterevin, böyük məşqçi Konstantin Konorevin və qızlar yığmasının böyük məşqçisi Yaqub Məmmədovun rəhbərliyi ilə mayın 6-dan etibarən burada ukraynalı, bolqarıstanlı, macarıstanlı və isveçli idmançılarla birlikdə təlim-məşq toplantıları keçirirlər.

Məşqlərdə Türkan Nəsirova (44 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan, Leyla Qurbanova, Solmaz Həşimzadə (hamısı 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq), Sabirə Əliyeva və Gözəl Zutova (hər ikisi 75 kq) iştirak edirlər.

Azərbaycan yığmasının baş məşqçisi Semyon Çterev AZƏRTAC-a müsahibəsində bildirib ki, idmançılarımızın təlim-məşq toplantılarının bir həftəlik cədvəli altı bədən tərbiyəsi təlimi, on məşq və təkbətək döyüşlərdən ibarətdir. Bolqarıstanlı beşqat dünya çempionu, altıqat Avropa çempionu, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı Stanka Zlateva (72 kq), dünya çempionu, ikiqat Olimpiya çempionu, Ukraynanın əməkdar idman ustası, yeri gəlmişkən, bizim Mariya Stadnikin rəfiqəsi Yuliya Tkaç-Ostapçuk (63 kq) və başqa adlı-sanlı sparrinq-tərəfdaşlar öz çəki dərəcələrində idmançılarımızın rəqibləridir.

Yığma komandamızın baş məşqçisi bildirib ki, Azərbaycanın sərbəst güləş üzrə qadınlardan ibarət yığmasının Ukraynada təlim-məşq toplantıları mayın 20-də başa çatacaq.

Qızlardan ibarət yığmanın böyük məşqçisi Yaqub Məmmədov müsahibədə vurğulayıb ki, qızlarımızın fiziki hazırlığından və psixoloji durumundan, onların “Konça-Zaspa” Olimpiya bazasında təlim-məşq toplantılarında nümayiş etdirdikləri əzmkarlıqdan razıdır. Yaqub müəllim məşqlər üçün gözəl şərait yaradılmasına görə Ukrayna tərəfinə, bu ölkədə olduqları müddətdə yığmamıza göstərdiyi diqqət və qayğıya görə Ukraynada fəaliyyət göstərən “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının prezidenti, Azərbaycanın və Sovet İttifaqının sərbəst güləş üzrə əməkdar idman ustası, Azərbaycanın Əməkdar məşqçisi Oleq Krapivinə təşəkkür edib.

Həmin gün sərbəst güləş üzrə Ukrayna yığma komandasının baş məşqçisi Ruslan Savloxov da Olimpiya bazasının idman zalında yetirmələrinin məşqlərinə baxıb.

R.Savloxov deyib: “Son iki ildə mən sosial şəbəkələrin fəal istifadəçisinə çevrilmişəm. Bir il əvvəl Bakıda birinci Avropa Oyunları mövzusunu “Facebook”dakı səhifəmdə işıqlandırmağa başlamışam. Abunəçilərimin sayı xeyli artıb. Mən və xanımım Oyunlar olmadan da Bakıya heyranıq və sizin paytaxtı Avropanın ən gözəl şəhərlərindən biri sayırıq! Son 15 ilini sərbəst güləş üzrə Ukrayna yığmasının məşqçilər qərargahına başçılıq etdiyim 30 illik məşqçilik fəaliyyətimdə Azərbaycanı yaxşı tanıyan insan kimi əminəm ki, “Bakı-2015” Avropa Oyunları tarixində ən yaxşı Oyunlar olacaq!”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30