29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədov: “Həmin versiyada dünya çempionu olmaq mənim üçün maraqsızdır”

Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov mayın 2-də Almaniyanın Vaysvaysser şəhərində Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi və bu ölkədəki Azərbaycan diasporunun dəstəyi ilə təskil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmus yarış çərçivəsində belaruslu rəqibi Andrey Abramenko üzərində qazandığı qələbədən danışıb. Futbolxeber.az-ın məlumatına görə, döyüşlə bağlı “Qəbələ İK”ya təəssüratlarını bölüşən Məmmədov qələbədə ciddi hazırlığının böyük rol oynadığını bildirib:“Döyüşə 12 həftə hazırlıq keçmişdim. Bunun 2 həftəsi Qəbələdə, 2 həftəsi Ukraynada, qalan 8 həftəsi Bakıda olmuşdu. Məsuliyyətli yarış idi. Çünki Heydər Əliyevin adını daşıyırdı. Mən də Azərbaycanın ilk peşəkar bokçusu, tanınmış idmançı kimi təşkilatçılardan bu döyüşə şəxsən dəvət almışdım. Görüş mənim üçün yaxşı başlamadı. İlk raundu uduzdum, hətta bir zərbəni buraxdım. Sonradan döyüşə baxanda, özüm özümü tanımadım. Məncə, ilk raunddakı uğursuzluq həyəcandan irəli gəlirdi. İkinci raunddun sonuna yaxın rəqibin qarın nahiyəsinə endirdiyim zərbə yaxşı tutdu. Bunu hiss etdim. Üçüncü raundda anladım ki, bu şansı əldən vermək olmaz və hədəf kimi rəqibin qarın nahiyəsini götürdüm. Nəticədə, ardıcıl zərbələrdən sonra rəqibi nokauta sala bildim. Döyüşün belə tez bitəcəyini gözləmirdim. İnamlı qələbəm mükəmməl hazırlıqdan irəli gəlir”.

Məmmədov Almaniyaya yollanmazdan öncə Bakıda keçirdiyi brifinqdə döyüşün daha çox davam etməsinə çalışacağını demişdi. Ancaq göründüyü kimi, boksçumuz qələbəni yenə də erkən nokautla bayram edib: “Məni tanıyanların hamısı birmənalı şəkildə deyir ki, Fariz Məmmədovun yeganə problemi nəfəsi ilə bağlıdır. Mən dostlarıma, peşəkar idmançılara bunun belə olmadığını göstərmək üçün, həqiqətən çox, ən azı, 9 raund döyüşmək istəyirdim. Ancaq bu peşəkar boksdur, qələbə məqamı düşəndə onu əldən vermək olmaz. Əldən verdinsə, ömür boyu peşmanlıq çəkərsən. Belə boks gecəsində qazandığım qələbənin özü mənim üçün böyük bir mükafatdır. Azərbaycandan çoxsaylı təbriklər aldım. Şübhəsiz ki, mənə ilk təbriklər klubumuzun rəhbərliyindən, vitse-prezidentimiz Fariz Nəcəfovdan gəldi. Bu, reytinq xarakterli döyüş idi və təşkilatçılar mənə üzərində Heydər Əliyevin təsviri olan kəmər verdilər. Çox gözəl kəmərdir, xoşuma gəldi”.

Boksçuların reytinq xarakterli döyüşləri onlara xal qazandırır. Hazırda Fariz Ümumdünya Boks Assosiasiyasından (WBA) növbəti reytinq açıqlamasını gözləyir: “Mənə veriləcək xal bugünlərdə məlum olmalıdır. Hesab edirəm ki, mənə azı, 8 xal veriləcək. Hazırda VBO-nun dünya reytinqində ilk “15-lik”dəyəm. Bildiyiniz kimi, Avropa kəməri uğrunda döyüşməməyim reytinqimə mənfi təsir göstərir, geriləyirəm. Avropa kəmərini qazandığımdan, bu, mənim üçün önəm daşımır. Əsas hədəfim dünya kəmərinə sahib olmaq, əsl dünya çempionluğunu qazanmaqdır. Nəzərdə tutulmuşdu ki, reytinqimi yüksəltmək üçün bu il 3 döyüş keçirim. İlk döyüşüm uğurlu alındı, güclü rəqibə qalib gəldim. İstənilən xalı ala bilsəm, artıq 2-ci döyüşə ehtiyac olmayacaq və dünya kəməri uğrunda vuruşa biləcəyəm. Yox, istənilən xalı ala bilməsəm, avqust, yaxud sentyabr aylarında 2-ci döyüşü keçirəcəyəm. Bu, yenə xaricdə olacaq”.

Məmmədov bu il sonuncu döyüşünü Azərbaycanda keçirmək istədiyini bildirib. Ancaq o, boks karyerasını bitirmək haqqında hələ düşünmür: “Çoxları mənə irad tutur ki, artıq 35 yaşın var. Ancaq bu yaşda rinqdə qalmağın özü bir örnəkdir. Boksda qalmaqda problem görmürəm. İnşallah, dünya çempionluğu kəməri uğrunda döyüşün Qəbələdə keçirilməsini və rəqibimin Matias Pelk olmasını istəyirəm. O, məndən hələ ki revanş istəmir. İstəsə, mütləq döyüşəcəyəm. Pelklə yenidən Qəbələdə görüşmək arzusundayam. O, dünya çempionu kəmərinə sahibdir. Ancaq bu, başqa, zəif versiyadadır. Həmin versiyada dünya çempionu olmaq mənim üçün maraqsızdır. Matias da Almaniyadakı boks gecəsində döyüşürdü. O, 6-cı raundda qalib gəldi və kəmərini qorudu. Pelklə rinqdən kənarda bir neçə dəfə görüşdüm. Çox gözəl münasibətimiz var. Ancaq revanş döyüşü haqda aramızda söhbət olmadı”.

Mehman KAMİLOĞLU 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31