19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Avropa Oyunları üçün heyət müəyyənləşdi

Xızıda velosiped idmanının şosse növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda “Synergy Baku”da çıxış edən velosipedçilərimiz də daxil olmaqla, yığma komandalarımızın bütün üzvləri mübarizə aparıb. Yarışın keçirilməsində əsas məqsəd Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirmək idi.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.

İlk yarış günündə Elit kateqoriyada iştirak edən velosipedçilər 40 km məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Mayın 15-də isə qrup yarışları keçirilib və mükafatçılar müəyyənləşib. 128 km məsafə qət edən velosipedçilər dəniz səviyyəsindən 1200 metr hündürlükdə finiş xəttini keçiblər. Yarışın dağlıq hissəsində rəqiblərindən xeyli aralanan Maksim Averin və ötənilki ölkə çempionu Elçin Əsədovun mübarizəsində Maksim birinci olub və bununla da velosipedçi Azərbaycan çempionu adını qazanıb. Elçin Əsədov 2-ci yeri tutub, ilk üçlüyü isə Samir Cəbrayılov tamamlayıb.

Bununla da Maksim Averin, Elçin Əsədov və Samir Cəbrayılov ölkəmizi Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə təmsil etmək hüququ qazanıblar. Yeri gəlmişkən, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedşilər İttifaqının reytinq siyahısında da nəzərə alınır. Belə ki, ilk 3 yerin sahibi müvafiq olaraq aktivinə 40, 30 və 16 xal əlavə edəcək. Bu isə Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak üçün olduqca önəmlidir. Hazırda velosipedçilərimizdən ən yüksək reytinq Maksim Averinə məxsusdur. Bunadək iştirak etdiyi yarışlarda 78 xal toplayan idmançı, Azərbaycan çempionu olmaqla xallarının sayını 118-ə çatdırıb.

Ölkə çempionatının yekunlarına əsasən, Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək qadın şosse velosipedçilərimiz də məlum olub - bunlar Yelena Pavluxina və Ülfət Nəzərovadır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30