23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Fransa mətbuatı: “Bakı, hər şey hazırdır”

Fransanın www.francsjeux.com saytında “Bakı, hər şey hazırdır” sərlövhəli məqalə yerləşdirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məqalədə mayın 12-də Bakıda birinci Avropa Oyunlarına 30 gün qalması münasibətilə atəşfəşanlıq təşkil edildiyi bildirilir. “Hələ görüləsi işlərimiz var”, - deyən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin belə mötəbər çoxnövlü idman yarışlarına hazırlıq üçün adətən yeddi il vaxt ayrılmasına baxmayaraq, Bakıda bütün işlərin 30 ayda yekunlaşdırıldığı barədə fikirləri yazıda xüsusi vurğulanıb.

Qeyd edilib ki, Oyunların Avropada yayımı ilə bağlı artıq 50 şirkətlə danışıqlar aparılıb. Birinci Avropa Oyunları Asiyada, ABŞ-da və Yaxın Şərqdə də yayımlanacaq. Yarışlar zamanı 12 mindən çox könüllünün xidmətindən istifadə olunacaq. Diqqətə çatdırılıb ki, Oyunların məşəli hazırda Azərbaycanın bölgələrini dolaşmaqdadır. Məşəl iyunun 12-də Bakı Olimpiya Stadionuna gətiriləcək və orada təntənəli açılış mərasimində alovlandırılacaq.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

http://www.francsjeux.com/2015/05/13/a-bakou-tout-est-presque-deja-pret/19563

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30