24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

“Birinci Avropa Oyunlarında iştirak edəcəyim günü səbirsizliklə gözləyirəm”

“Böyük Britaniyanı ilk Avropa Oyunlarının atıcılıq yarışlarında təmsil edəcəyim üçün çox xoşbəxtəm. Birinci Avropa Oyunlarında iştirak edəcəyim günü səbirsizliklə gözləyirəm”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri “Bakı-2015” ilk Avropa Oyunlarının atıcılıq yarışlarında Böyük Britaniyanı təmsil edəcək Seonayd Makintoş deyib.

Oyunlarda iştirakın növbəti şans olduğunu vurğulayan idmançı bildirib ki, artıq ikinci dəfə çoxnövlü yarışda mübarizə aparacağam. Ötən il Qlazqoda təşkil olunan Birlik Oyunlarından sonra müəyyən təcrübəm var. Hər zaman böyük idman yarışlarının bir parçası olmaq istəmişəm. “Bakı-2015” məhz arzuladığım irimiqyaslı idman yarışlarındandır. Əminəm ki, Azərbaycanda təşkil olunacaq yarış mənim üçün böyük həyəcanla bərabər, həm də gələcək karyerama güclü təkan verəcək.

“Bakı-2015” ilk Avropa Oyunlarının atıcılıq yarışlarında 210 kişi və 120 qadın idmançı qızıl medal uğrunda mübarizə aparacaq. Yarışlar iyunun 16-dan 22-dək 9 kişi, 6 qadın və 4 qarışıq komanda arasında təşkil olunacaq. Bununla yanaşı, 15 fərdi yarışda qalib gələcək idmançılar “Rio-2016” Yay Olimpiya Oyunlarında birbaşa iştirak etmək hüququ qazanacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30