28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Valideynləri erməni cüdoçuları Bakıya gəlməyə qoymayıb

Ermənistanın 2 cüdoçusu "Bakı 2015" I Avropa Oyunlarına buraxılmayıb. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə "news.am"a yığmanın baş məşqçisi Tiqran Babayan açıqlama verib.

T.Babayan bildirib ki, Arsen Kazaryan və Andranik Çaparyanın Bakıya gəlişinə şəxsi məşqçiləri və valideynləri etiraz edib. Bu səbəbdən, Oyunlara cəmi 3 cüdoçu - Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq) qatılacaq. Baş məşqçi və federasiyanın vitse-prezidenti də Bakıya gələcək.

Ermənistan yığmasının yaxşı formada olduğunu deyən mütəxəssis daim təlim-məşq toplanışları və beynəlxalq yarışlarda iştirak etdiklərini vurğulayıb. O, hazırda Türkiyənin Antalya bölgəsində, iyunun 5-dən isə Belarusun paytaxtı Minskdə hazırlaşacaqlarını söyləyib: "Medal uğrunda mübarizə aparacağıq. Bizim üçün Bakıdakı Avropa Oyunları sıravi qitə çempionatı kimi adi bir yarışdır. Bu, siyasət yox, idmandır. Düzdür, gərginlik var, amma buna fikir verməməyə çalışacağıq. Oyunlarla çempionatın vaxtı üst-üstə düşməsəydi, geniş heyətlə qatılmayacaqdıq. Ermənistanın "Bakı 2015"də iştirak edəcəyinə hələ də əmin deyiləm".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında cüdo yarışları 25 - 28 iyunda keçiriləcək və Avropa çempionatı statusu daşıyacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31