24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Fariz Məmmədov “Maşın” şouda açıqladı: “Noyabrda dünya çempionluğu uğrunda vuruşacağam”

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov bu gün ANS telekanalında yayımlanan “Maşın” reailiti şousunda qonaq olub. Futbolxeber.az-ın məlumatına görə, Məmmədovu coşqu ilə səhnəyə dəvət edən şounun aparıcısı Murad Dadaşov, peşəkar boksçumuzun mayın 2-də Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş döyüşdə nokautla qələbə qazandığını bildirib.

Dəvətə görə minnətdarlıq edən Məmmədov, yarış iştirakçılarına uğurlar arzulayıb: “İlk növbədə hamını salamlayıram. Yarış iştirakçılarını da. Qoy, güclü qələbə qazansın. Bu şouya çox tamaşa edirəm. Hər zaman səbirli və doğru olan qalib gəlir”.

Qarşıdakı planları haqda danışan Fariz Məmmədov dünya çempionluğu uğrunda mübarizə aparacağını qeyd edib: “Qarşıda bizi çox vacib döyüş gözləyir. Noyabrda dünya çempionluğu uğrunda döyüşəcəyəm. Böyük ehtimalla, görüş Qəbələdə baş tutacaq”.

Sonda isə F.Məmmədov “Maşın” realişiti şousunun aparıcısı Murad Dadaşova arxasında onun adı və soyadı yazılmış “Qəbələ” futbol klubunun 13 nömrəli formasını təqdim edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30