29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bakı-2015: Yevlaxda qarşılanma, Bərdədə alov festivalı

Avropa Oyunlarının məşəli Tərtərdən sonra Yevlax şəhərinə gətirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, məşəli Oyunların rəmzi qapısında sambo üzrə üçqat Azərbaycan çempionu Aslan Mirzəyev qəbul edib.
 
Ardınca 10 nəfər rayon sakini estafetə qoşulub və onlar məşəli bir-birinə ötürməklə, Heydər Əliyev prospekti ilə 2 min 750 metr məsafədə daşıyıblar. Yürüş ümummilli liderin heykəli önündə başa çatıb.
 
Sonuncu məşəlçi - Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının gənclər birliyinin sədri Ariz Mikayılov çırağı yandırıb və yerli sakinlərə təqdim olunub. 
 
Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam etdirilib.
 
Yevlaxdan sonra məşəl Bərdə səyahətinə yollanıb. Burada alov festivalı da nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31