29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Böyük Britaniyanın“Diplomat” jurnalının may-iyun sayı “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilib

Böyük Britaniyada nəşr edilən “Diplomat” jurnalının may-iyun sayı “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, xüsusi nəşr 11 səhifə olmaqla, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb.

Jurnalın xüsusi sayında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müsahibə, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Petrik Hiki və “Bakı-2015” Birinci Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqqin yazıları yer alıb.

Bundan başqa, jurnalda səfir Tahir Tağızadənin bu idman hadisəsinin əhəmiyyəti barədə oxuculara xüsusi mesajı və “Diplomat” jurnalının redaktoru V. Kuffelerin geniş yazısı dərc edilib.

Xüsusi nəşrdə Azərbaycanın beynəlxalq olimpiya hərəkatında iştirakı və indiyə qədər əldə etdiyi nailiyyətlər, eləcə də “Bakı-2015” Birinci Avropa Oyunlarının qrafiki, yeni tikilən idman qurğuları, yenilənən infrastruktur və iştirak edəcək idmançılar haqqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, 1948-ci ildə təsis edilmiş “Diplomat” jurnalını başda Londondakı diplomatik korpusun üzvləri olmaqla, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvləri, o cümlədən Lordlar Palatasının xarici məsələlərlə məşğul olan üzvləri, Avropa İttifaqının komissarları, yüksək vəzifəli şəxsləri və Avropa Parlamentinin üzvləri oxuyurlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31