19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Avropa Oyunlarının məşəli Tərtərdə

Birinci Avropa Oyunlarının məşəli Tərtərə gətirilib. Futbolxeber.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılanıb. Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırıb. Səmaya buraxılan göyərçinlər və rəngbərəng şarlar bayram tədbirinə əlavə rəng qatıb.
 
Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq ictimaiyyətə təqdim edilib. Çıraq yarışların sonuna qədər “Bakı-2015”in rəmzi kimi rayonda saxlanılacaq.
 
Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
 
Estafet iştirakçılarını qarşılayanlar arasında gənclər üstünlük təşkil edirdilər. Tərtər şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Səlim Zeynalov sevincini "Azərtac"ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gəlişi cəbhə bölgəsində yaşayan tərtərlilərdə böyük ruh yüksəkliyinə səbəb olub. Hamının qəlbində fərəh və qürur, çöhrəsində sevinc hissi var. İnanıram ki, Bakıda keçiriləcək yarışlarda Azərbaycanı təmsil edən idmançılar bu sevincimizi daha da artıracaq. İdmançılarımıza uğurlar, xalqımıza qələbə sevinci arzulayıram”.
 
Birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasında rayonun ümumtəhsil məktəblərinin kollektivləri də iştirak edirdi. Cəmilli kənd tam orta məktəbin müəllimi Rəşad Şahbazov idman bayramına müəllim yoldaşları və şagirdlərlə gəldiyini, sonsuz fərəh hissi keçirdiyini deyib. Bildirib ki, məşəl yürüşü, həmçinin ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin yaddaşında uzun müddət qalacaq, onlarda idmana marağın və vətənpərvərlik hisslərinin artmasında mühüm rol oynayacaq.
 
Məşəl estafetini seyr edən rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev isə deyib: “Yaşımın çox olmasına baxmayaraq, bu gün buraya əsl gənclik həvəsi ilə gəlmişəm. Atəşkəsin düşmən tərəfindən tez-tez pozulduğu Tərtər rayonunda belə bir möhtəşəm tədbirin keçirilməsini tədqirəlayiq hesab edirəm. Biz tərtərlilər Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir, Azərbaycanı dünyaya daha yaxından tanıdacaq bu mötəbər yarışın ilk dəfə ölkəmizdə keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
 
Məşəlin qarşılanma mərasimi respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı ilə davam edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30