25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Synergy Baku” qazandığı nəticə ilə gördüyü dəstəyin cavabını layiqincə verdi”

“Keçən il görünürdü ki, biz nəticə qazana bilərdik. Bir qədər bəxtimiz gətirmədi. Amma bu il daha yaxşı nəticələr əldə etdik. Bu uğurda komandanın bütün üzvlərinin böyük rolu var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2015"də komanda şəklində qalib olan “Synergy Baku”nun meneceri Devid Makkueyd deyib.

Ceremi Hant isə bunları söyləyib: “Çox sevinirəm. Qələbə üçün komandada hamı çox çalışırdı. Matey Mugerli yarışın gedişində bildirdi ki, gücü tükənir. Bəlkə də sona kimi gedə bilməyəcək. Amma bütün çətinliklərə baxmayaraq, yekunda istəyimizə çatdıq. Hər kəsə, eləcə də sponsorlarımıza təşəkkür edirəm”.

Komandamızın üzvləri də qalibiyyət barədə fikilərini açıqlayıblar.

Elçin Əsədov: “Hər kəsə təşəkkürümü bildirəm. Söz vermişdik ki, komanda şəklində gücümüzü göstərməliyik. Bizə dəstək olan hamıya - federasiyaya, sponsorlarımıza, jurnalistlərimizə  minnətdarıq. Hər zaman yanımızda olub, dəstək verdilər. Biz də qazandığımız nəticə ilə dəstəyin cavabını layiqincə verdik”.

Matey Mugerli: “Son dövrədə göstərdi ki, biz yarışın ən güclü komandasıyıq. Öndə 3 idmançı var idi. Yarışa çox yaxşı hazırlamışdıq. Bəxtimiz gətirsəydi, mərhələnin də qalibi ola bilərdik”.

İoannis Tamouridis: “I Avropa Oyunlarında Yunanıstanı təmsil edəcək 3 idmançı arasında mən də varam. Bu yarış “Bakı-2015” baxımından çox yaxşı hazırlıq idi. Avropa Oyunlarında da bizi çətin mübarizə gözləyir. Bu yarışda qalib olduğumuz üçün şadam”.

Samir Cəbrayılov: “Mənim üçün əsas gənclərin yarışında qalib olmaq deyildi. Əsas komandanın qələbəsi idi ki, buna da nail olduq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30