19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Bakı Olimpiya Stadionu sınaqdan keçirilib

Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Bakı Olimpiya Stadionunun mayın 9-da hazırlıq vəziyyəti sınaqdan keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, sınaq tədbirində çıxış edən gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Azərbaycan paytaxtının belə mötəbər idman tədbirinə ev sahibliyi etməsini ölkəmizin daha bir böyük uğuru kimi qiymətləndirib. Oyunlar zamanı bütün Avropanın diqqətinin Bakıya yönələcəyini vurğulayan nazir bu böyük idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin və Əməliyyat Komitəsinin yorulmadan çalışdığını diqqətə çatdırıb. Azad Rəhimov hazırlıq işlərində yaxından iştirak edən könüllülərə minnətdarlığını bildirib, belə bir tədbirin təşkilində onların iştirakının həmin gənclərə böyük təcrübə qazandırdığını söyləyib.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə, həmçinin stadiona daxil olan 2015-ci şəxsin açılış mərasiminə ikinəfərlik biletlə mükafatlandırılacağı elan edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30