19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Synergy Baku" "Dağ Kralı" köynəyini özündə saxlayır

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə 4-cü mərhələyə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, iştirakçılar bu dəfə Qəbələ - Ağdaş - Yevlax - Mingəçevir marşrutu üzrə yarışın ən uzun mərhələsində hərəkət edərək 205 km məsafə qət ediblər və Bakı-2015 ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının keçiriləcəyi "Kür" bazasının qarşısında finiş xəttini keçiblər.

Ötən gün dağ mərhələlərində daha uğurlu nəticə göstərərək qırmızı rəngli "AZAL" köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç bü üstünlüyünü qoruyub və yenidən fəxri kürsüyə qalxıb. Sabah keçiriləcək sonuncu mərhələyə bu köynəklə başlayacaq velosipedçimiz, liderliyi qorumaq üçün çalışacağını deyib: "Dünənki ağır mərhələdən sonra taktikamız belə idi ki, bu gün özümü çox yormamaqla liderliyi saxlayım. Çünki, sabah bizi ağır gün gözləyir. Nəyin bahasına olursa-olsun, bu köynəyi komandama qazandırmaq üçün əlimdən gələni edəcəyəm".

4-cü mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən İsrailin "Cycling Academy Team" komandasının üzvü Daniel Turek 4 saat, 13 dəqiqə, 56 saniyə nəticə ilə mərhələ qalibi olub. "Synergy Baku" üzvlərindən ən yaxşı nəticə Maksim Averinə məxsusdur - o, finiş xəttini 15-ci keçib.

Sprinterlərin mübarizəsində Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kump önə keçməklə yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib. 4 mərhələdən sonra "Adria Mobil"in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli "Synergy" köynəyini özündə saxlayır. Hazırda ilk 10-luqda "Synergy Baku" komandasının 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin isə 6-cıdır.

Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb. 4 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Təmsilçimiz ilk pillədə qərarlaşan "Adria Mobil"a cəmi 42 saniyə uduzur.

Sabah keçiriləcək sonuncu - 5-ci mərhələ Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutacaq və mötəbər yarış öncəsi son sınaq xarakteri daşıyacaq. Start və finiş xətti "Azadlıq Meydanı"nda olacaq bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət edəcəklər. Saat 10:45-də startı veriləcək sonuncu mərhələnin 14:00-da başa çatması planlaşdırılır. Yeri gəlmişkən, televiziya tamaşaçıları saat 12:45-dan etibarən 5-ci mərhələni "Eurosport-2" və "İdman Azərbaycan" kanalları vasitəsilə canlı izləyə bilərlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30