29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Avropa Oyunlarının məşəli İmişlidə

Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul edib. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəliblər.

Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayəblar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırılıb.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Əlbəyaxa döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31