19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

“Baku Fires” “Mexico Guerreros”a uduzdu

Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin ilk görüşü keçirilib. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, komandamız Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb.

İlk yarış günündə çəkisi 49, 56, 64, 75, 91 kq olan boksçular rinqə çıxıb. İlk döyüşdə “Baku Fires”in üzvü Rəsul Saliyev (49 kq) Jozelito Velaskes Altimirano (“Mexico Guerreros”) ilə rinqə çıxıb və idmançımız məğlub olub. Yaraş Maqomedov (56 kq) Alfredo Çirno Sançes arasında keçirilən döyüşdə də sevinən tərəf meksikalı idmançı olub. Zaur Abdullayev (64 kq) Raul Kuriel Qarsiya arasında gərgin keçən görüşün qalibi rəqib komandanın idmançısı olub.

75 kq çəki dərəcəsində komandamızın üzvü Jaba Xositaşvili  Rodrigez Olivasi məğlub edib. Ən ağır çəkidə Leonid Çernobayev  isə Kastillyo Torres ilə qarşılaşıb. “Mexico Guerreros” komandasının üzvü qalib gəlib. Komandamız ümumi hesabda 1:4 hesabı ilə məğlub olub.

Mayın 7-də isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq. Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq. Digər ¼ finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək. Bu cütün qalibi isə “Astana Arlans”la üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30